• English
  • Français
  • Русский
  • Italiano
  • azərbaycan
  • فارسی
  • Português

Müsabiqə haqqında

"Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsi ətraf mühitlə bağlı önəmli məsələlər haqqında maarifləndirmənin səviyyəsini artırmaq üçün böyük bir şansdır. 

Ümid edirik ki, “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” mövzusunda çəkdiyiniz fotoşəkillər ilə müsabiqəyə qatılacaq, planetimizin üzləşdiyi problemlərə həssas yanaşmağınızı nümayiş etdirib, bununla bağlı öz köməyinizi və təcrübənizi bizimlə bölüşəcəksiniz.

Beynəlxalq festival və sərgidən ibarət olacaq müsabiqə ailələr, iş adamları, siyasətçilər və digərlərini düşünməyə və tədbirlər görməyə çağıracaq fotoşəkilləri nümayiş etdirmək üçün böyük bir platformadır. 

Elə isə nəyi gözləyirsən? Elə bu gün müsabiqəyə qoşul! 

Kimlər iştirak edə  bilər?

Müsabiqə bütün ölkələrdən olan rezidentlər üçün açıqdır. İştirakçılar 17 və ya daha aşağı yaş qrupundan olmalıdırlar. Əgər yaşınız 16-dan aşağıdırsa, müsabiqənin internet səhifəsinə daxil olmaqla çəkdiyiniz şəkilləri valideyniniz və ya hüquqi qəyyumunuzun (himayədarınızın) razılığı ilə yükləyə bilərsiniz. 

 

Önəmli tarixlər

  • "Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsi 15 iyun 2012-ci ildən etibarən başlayacaq.
  • İştirak üçün son tarix 5 Sentyabr 2012 – ci il, saat 23:59-dur.
  • Münsiflər heyəti və Məsləhət Şurasının üzvləri 6 Sentyabr 2012-ci ildən başlayaraq müsabiqəyə daxil olan fotoşəkilləri qiymətləndirməyə başlayacaqlar.
  • Festival və sərgi noyabr ayının ilk həftəsində Bakıda baş tutacaq.

Mükafatlar

  • 1ci yer: SLR kamera, noutbuk, şəkil çap edən qurğu, rəsmi qəyyumun müşaiyəti ilə Bakıya səyahət, Festival və Sərgiyə dəvət və fotoqraf Reza ilə xüsusi seminarda iştirak hüququ
  • 2ci yer: SLR kamera, iPad, şəkil çap edən qurğu, rəsmi qəyyumun müşaiyəti ilə Bakıya səyahət, Festival və Sərgiyə dəvət və fotoqraf Reza ilə xüsusi seminarda iştirak hüququ
  • 3cü yer: SLR kamera və şəkil çap edən qurğu, rəsmi qəyyumun müşaiyəti ilə Bakıya səyahət, Festival və Sərgiyə dəvət və fotoqraf Reza ilə xüsusi seminarda iştirak hüququ

İctimai mükafat: SLR kamera və şəkil çap edən qurğu, rəsmi qəyyumun müşaiyəti ilə Bakıya səyahət, Festival və Sərgiyə dəvət və fotoqraf Reza ilə xüsusi seminarda iştirak hüququ

Tez-tez soruşulan suallar

S: Mən yarışmaya necə qatıla bilərəm?

C: www.childrenseyesonearth.org internet səhifəsinə daxil olun və öz profilinizi yaradın. Müsabiqəyə daxil olmaq üçün ən azı 2 şəkil təqdim etməlisiniz – birinci  şəkildə “Mən təbiəti sevirəm” mövzusu, digər şəkildə isə “Mən çirklənmədən qorxuram” mövzusu təsvir olunmalıdır. Hər bir şəkil və ya şəkillər silsiləsi üçün başlıqlar daxil olunmalıdır. Şəkillərin yüklənməsi ilə bağlı daha ətraflı məlumatlarla aşağıda tanış olasınız.

S: Müsabiqəyə qatılmaq üçün neçə yaşım olmalıdır?

C: 17 yaşı tamam olmuş və ya daha az yaşlı hər kəs yarışmaya qatıla bilər.

S: Valideynlərimin icazəsinə ehtiyacım var?

C: Yaşınızın 17-dən aşağı olduğuna görə, yarışmaya qatılmağınız üçün valideynlərinizin və ya himayədarınızın icazəsi zəruridir.

S: Müsabiqəyə qatılmaq üçün nə qədər xərc tələb olunur?

C: Yarışmaya qatılmaq üçün heç bir xərc tələb olunmur.

S: Fotoları göndərmək üçün son tarix nə zamandır?

C: Fotolar 15 Sentyabr 2012-ci il saat 23:59:59 tarixinə kimi qəbul olunacaqdır.

S: Fotonu necə yükləyə bilərəm?

C: Daha ətraflı məlumat üçün www.childrenseyesonearth.org səhifəsinə keçin

S: Neçə ədəd şəkil yükləyə bilərəm?

C: Siz minimum 2 və maksimum 20 şəkil yükləyə bilərsiniz. Siz ən azı bir foto “Mən Təbiəti Sevirəm” mövzusunda və bir foto isə “Mən Çirklənmədən Qorxuram” mövzusunda yükləməlisiniz.

S: Yüklənmənin uğurla başa çatdığından necə əmin ola bilərəm?

C: Fotoları veb-səhifəyə yüklədikdən sonra Siz veb-səhifədəki hesabınıza daxil ola və yüklənmiş fotoların sayını nəzərdən keçirə bilərsiniz.

S: Mən fotolarımı kompakt diskdə (CD) yaxud da çap edilmiş şəkildə göndərə bilərəm?

C: Xeyr, fotolar yalnız rəqəmsal fayl şəklində yüklənilərək onlayn təqdim edilə bilər.

S: Fotoları yüklədikdən sonra dəyişikliklər edə bilərəm?

C: Xeyr, fotolarınız yüklənildikdən sonra dəyişilə bilməz.

S: Müsabiqənin mükafatları nə olacaq?

C:

  • 1-ci yer: SLR kamera, laptop, foto printeri
  • 2-ci yer: SLR kamera, iPad, foto printeri

  • 3-cü yer: SLR kamera, foto printeri

  • “seçiminizi”: SLR kamera, foto printeri

Qalib iştirakçılar hüquqi qəyyumlarının müşayiəti ilə Bakıya səfər edib 2012-ci ilin 

Oktyabr ayının birinci həftəsində baş tutacaq “Yer Kürəsi 

Uşaqların Gözü İlə” festival və sərgidə iştirak edəcəklər. 

Qaliblər üçün Bakı şəhərində Reza tərəfindən fotoqraflıqçılıq təlimləri də

nəzərdə tutulub.

Mükafatlara və şərtlərə tam şəkildə baxın

 

S: Müsabiqəni kim tərəfindən qiymətləndirilir?

C: Müsabiqə fotoqraf Rezanın sədrliyi ilə dünyanın müxtəlif hissələrindən olan foto və incəsənət ekspertlərindən ibarət Hakimlər Paneli və Məsləhət Şurası tərəfindən 6 Sentyabr 2012-ci il tarixindən sonra qiymətləndiriləcək. Hakimlərin qərarları yekun və qətidir.

S: Fotolar necə qiymətləndiriləcək?

C: Fotolar öz orijinallığı, kreativliyi, keyfiyyəti və “Mən Təbiəti Sevirəm” və “Mən Çirklənmədən Qorxuram” mövzularına uyğunluğuna əsasən qiymətləndiriləcək.

S: Qaliblər nə zaman elan olunacaq?

C: Müsabiqənin qalibləri 2 oktyabr 2012-ci il tarixində onlayn şəkildə elan olunacaq.

S: Fotonu kəsə yaxud da redaktə edə bilərəm?

C: Yalnız işıqlandırma, kölgələndirmə, kəsmə və/və ya rəng düzəlişləri məqbul sayılır və foto üzərində edilmiş dəyişikliklər fotonun təsvirində aydın şəkildə qeyd olunmalıdır.

S: Hansı həcmdə foto yükləyə bilərəm?

C: Hər bir yüklənilmiş foto ən azı 1,000 piksel genişliyində (fotonun üfuqi olduğu halda)  ya 1,000 piksel uzunluğunda (fotonun şaquli olduğu halda) və JPEG yaxud da JPG formatında olmalıdır. Müsabiqədə iştirak üçün daxil olmuş bütün fotolar yüksək keyfiyyətli olmalı və seçildikləri halda mətbuatda çap olunmağa və ya sərgidə nümayiş etdirilməyə yararlı olmalıdır.

S: Əvvəl istifadə etdiyim fotonu istifadə edə bilərəm?

C: Bəli, digər müsabiqədə mükafat qazanmadığı halda istifadə edə bilərsiniz.

S: Yuxarıda cavabını tapmadığım sualım olarsa hara müraciət edə bilərəm?

C: Müsabiqə haqda digər sualınız olarsa aşağıda göstərilən elektron ünvanına müraciət edə bilərsiniz:

contact@childrenseyesonearth.org