• English
  • Français
  • Русский
  • Italiano
  • azərbaycan
  • فارسی
  • Português

Qaydalar

Müsabiqənin mövzuları

Yarış üçün təsdiq edilmiş bütün şəkillər iki mövzunu əhatə etməlidir: “Mən Təbiəti Sevirəm” və “Mən Çirklənmədən Qorxuram” (hər biri ayrı şəkillərdə).

Kimlər iştirak edə bilər?

Müsabiqə bütün ölkələrin sakinlərinin iştirakı üçün açıqdır. Qeydiyyat  zamanı  iştirakçılar 17 yaşlı və ya 17 yaşa qədər olmalıdır. 17 yaşına çatmadığınız halda Siz yalnız valideyninizin və ya rəsmi qəyyumunuzun razılığı ilə “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsininin veb-səhifəsinə şəkilləri yükləyə bilərsiniz. 

Necə iştirak etməli?

İştirakçılar “Mən Təbiəti Sevirəm” və “Mən Çirklənmədən Qorxuram” mövzularının hər birini əks etdirən şəkillər təqdim etməli və hər mövzu üzrə ən azı 1 şəkil yükləməlidirlər. Hər iştirakçı maksimum 20 foto yerləşdirə bilər. Hər şəkil üçün başlıqlar  daxil edilməlidir.

Fotolar rəqəmsal formatda olmalı və yalnız “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsininin veb-səhifəsi vasitəsi ilə təsdiq edilməlidir. Bütün rəqəmsal şəkillər 1000 piksel genişliyində(üfiqi şəkil olduqda), yaxud da 1000 piksel uzunluğunda(şaquli şəkil olduqda) və JPEG, yaxud da JPG formatında olmalıdır.

Çap və ya film şəklində təqdim edilən fotlar yarışmaya qəbul edilmir. Yalnız cuzi miqdarda kəsmə və yaxud rəng düzəlişi qəbul edilir və Siz edilmiş dəyişiklikləri şəklin təsvirində aydın şəkildə qeyd etməlisiniz. Bütün iştirakçılar seçildikləri təqdirdə mediada çap olunmağa yaxud da sərgidə numayiş edilməyə yararlı olan yüksək keyiyyətli fotolar təqdim etməlidirlər.

Şəkillərin yüklənməsi haqda ətraflı məlumat üçün www.childreneyesonearth.org saytına keçid alın və təlimatlara riayət edin.

Müsabiqənin müddəti

“Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsinə 15 İyun 2012-ci il saat 24.00-da start veriləcək. Qeydiyyatlar 15 Sentyabr 2012-ci il axşam saat 24.00-a qədər təsdiq edilməlidir.

Müsabiqənin qiymətləndirilməsi

Fotolar orijinallığına, yaradıcılığına, keyfiyyətinə və mövzulara (“Mən Təbiəti Sevirəm” və “Mən Çirklənmədən Qorxuram”) uyğunluğuna görə qiymətləndiriləcək. Müraciətlər 6 Sentyabr 2012-ci il tərixində fotoqraf Rezanın sədrliyi ilə dünya üzrə foto və incəsənət ekspertlərindən ibarət Məsləhət Şurası və Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflərin qərarları qətidir.

Ictimai səsvermə(4-cü mükafat): müsabiqənin təşəbbüskarı olan fotoqraf Reza tərəfindən seçilmiş 50 foto ictimayyət tərəfindən qiymətləndiriləcək. İctimayyət fotoları qiymətləndirmək üçün 1-dən 5-ə qədər ulduz sistemi ilə səs verəcək . Ən mühüm ulduz sayı əldə etmiş foto "Sənin seçimin" mükafatını qazanacaq.

Müsabiqənin qalibləri 2 Oktyabr 2012-ci il tarixində onlayn şəkildə elan olunacaq. 

Müsabiqənin mükafatları

  • 1ci yer: SLR kamera, noutbuk, şəkil çap edən qurğu, rəsmi qəyyumun müşaiyəti ilə Bakıya səyahət, Festival və Sərgiyə dəvət və fotoqraf Reza ilə xüsusi seminarda iştirak hüququ
  • 2ci yer: SLR kamera, iPad, şəkil çap edən qurğu, rəsmi qəyyumun müşaiyəti ilə Bakıya səyahət, Festival və Sərgiyə dəvət və fotoqraf Reza ilə xüsusi seminarda iştirak hüququ
  • 3cü yer: SLR kamera və şəkil çap edən qurğu, rəsmi qəyyumun müşaiyəti ilə Bakıya səyahət, Festival və Sərgiyə dəvət və fotoqraf Reza ilə xüsusi seminarda iştirak hüququ

İctimai mükafat: SLR kamera və şəkil çap edən qurğu, rəsmi qəyyumun müşaiyəti ilə Bakıya səyahət, Festival və Sərgiyə dəvət və fotoqraf Reza ilə xüsusi seminarda iştirak hüququ

Fotolar və müəllif hüququndan istifadə

Müsabiqəyə daxil olmaqla iştirakçılar fotonun “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Şəkil Müsabiqəsi, Festival və Sərgisinin 2012-ci il Oktyabrın ilk həftəsi keçiriləcək açılış mərasimindən sonra müsabiqənin inkişaf məqsədi ilə ortaqları tərəfindən maksimum 5 il ərzində istifadə oluna bilər. 

Yer Kürəsi Uşaqların Gözü ilə Beynəlxalq Şəkil Müsabiqəsi tərəfindən aşağıdakı tələblərə uyğun olmayan müraciətlərin ləğv olunması mümkündür:

Hazırladığınız təqdimatların yeganə sahibi, fotoqrafı və müəllif hüququ daşıyan olmalısınız

Qeydiyyat zamanı təsdiq etdiyiniz məlumatlar siz və ya digər şəxs haqqında heç bir şəxsi informasiya daşımır.

Təqdim edilmiş ərizələr, təşkilatçıların qəti və qeyri-məhdud mülahizəsinə görə, yolverilməz və müsabiqəyə uyğun olmayan məzmun daşımır.

Hərbirmüraciətcinayətsayılabilənvə yacinayətə sövq edən davranış, vətəndaş məsuliyyətinə səbəb ola bilən və yaxud da hər hansı qanunu poza bilən materialdan ibarət olmamalıdır.  

Hərbirmüraciətmüəlliflik, əmtəə nişanları, müqavilə hüquqları və yahərhansı üçüncü şəxsin yaxud damüəssisənin intellektual mülkiyyət hüquqlarını ihlal edən, istənilən şəxsin məxfilik və ya ictimaiyyilik hüquqlarını pozan material təşkil etmir və aşağıdakıları daxil etmir:

  • üçüncü şəxslərə məxsus əmtəə nişanları
  • müəllif hüquqları üçüncü şəxslərə məxsus olan materiallar (film dialoqları və ya musiqi kompozisiyaları daxil olmaqla)
  • həyatda olan yaxud da dünyasını dəyişmiş məşhurların və ya ictimai xadimlərin  adları, bənzərləri, səsləri və ya digər xüsusiyyətlərini əks etdirən materiallar
  • “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsindən başqa kommersiya məzmunlu hər hansı bir məhsul və ya xidmət təbliğ edən müraciətlər

Siz “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsinə yuxarıda göstərilən şərtlərdən birinin pozulması halında istənilən şəxsə bütün qonorar, mükafat və ya  digər xərcləri tam olaraq ödəməyə razı olursunuz.

Siz fotoda təsvir olunan istənilən şəxsin məhz fotoda göstərilən kimi təsvir olunmasına razı olduğunu təsdiqləyirsiniz.

İstifadə olunan hər hansı geyim, rekvizit və ya digər materiallar sahibinin izni ilə icarəyə verilmiş və ya borc alınmış olmalı, o cümlədən də bütün digər müvafiq icazələr əldə olunmalıdır. 

Qaydalar və Şərtlər

Siz “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsinə müraciət etdiyiniz halda müsabiqənin qayda və şərtlərini qəbul etmiş olursunuz.

Siz həmçinin razılaşırsınız və qəbul edirsiniz ki, “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsi qeydiyyat məlumatınızı əldə etməyə icazəlidir.

 Bütün şəxsi məlumat “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsi tərəfindən www.childrenseyesonearth.com səhifəsinin Məxfilik Siyasətinə əsasən istifadə oluna bilər. 16 yaşına çatmadığınız halda Siz yalnız valideyninizin və ya rəsmi qəyyumunuzun razılığı ilə “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsinə foto yükləyə və müsabiqədə iştirak edə bilərsiniz. 

Müsabiqə Webistan, IDEA, WPO (World Photography Organisation) SDN (Social Documentary Network), Böyük Britaniyanın National Geographic Kids jurnalının və FotoEvidence əməkdaşları, onların ailələri və ya hər hansı əlaqədar şirkətin əməkdaşları istisna olmaqla bütün ölkələrinin sakinləri üçün açıqdır.

Məlumatın məxfiliyi

Müsabiqə iştirakçıları qəbul edir ki, şəxsi məlumatlar emal oluna, paylaşıla  və bir sıra digər hallarda “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsi, Festivalı və Sərgisinin məzmununa uyğun müxtəlif məqsədlər üçün və rəsmi qaydaların müəyyən etdiyi hər hansı digər məqsədlər  üçün istifadə oluna bilər.

İştirakçılar contact@childrenseyesonearth.com elektron ünvanına müraciət etməklə “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsi, Festivalı və Sərgisinə verilmş istənilən şəxsi məlumatı  daxil edə, gözdən keçirə, düzəlişlər edə və ya ləğv etmək hüququna malikdirlər.

Promoter və onun filialları şəxsi məlumatları yalnız burada göstərilən məqsədlər üçün istifadə edəcək.

Bütün iştirakçılar razıdır ki, müsabiqəyə təqdim edilmiş hər hansı bir görüntü, aşağıdakılar daxil olmaqla, tədbirin təbliği ilə bağlı istifadə edilsin:

• Müsabiqəyə təqdim edilmiş işlərin ictimai sərgilər, kitab, jurnal, veb-sayt və ya digər vasitələrlə nümayişi.

• “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” layihəsinin işıqlandırılması məqsədilə təşkil olunan hər hansı bir festival və ya sərgidə istifadə olunması.

• “Yer Kürəsi Uşaqların Gözü ilə 2012”Beynəlxalq Foto Müsabiqəsi, Festivalı və Sərgisinin təbliğatı üçün və müsabiqə ilə əlaqəli olan hər hansı bir sərgi və ya KİV-əişlər müəllifin razılığı ilə təqdim olunması.

• Kompyuter, PDA və yaxud mobil telefon (digər server və ya şəbəkə ilə bağlı qoşulma cihazları xaric olmaqla) vasitəsilə sayta qoşulan istifadəçilərə şəkillərin baxılması, yüklənilməsi və gələcəkdə şəxsi, qeyri-kommersiya məqsədləri ilə istifadə olunması üçün icazənin verilməsi.

Siz əlavə kompensasiya olmadan hər hansı bir reklam, tanıtım və buna bənzər təbliğat məqsədləri ilə adınızın qeyd olunması və bu kampaniyalarda iştirakınızıtəsdiqləyirsiniz.

Həmçinin iştirakçının şəxsiyyəti, poçt ünvanı və telefon nömrəsinin uyğunluğunu yoxlamaq və müsabiqədə iştirak etmək hüququnu qazandırmaq üçün məlumatlarüçüncü şəxslər tərəfindən istifadə edilə bilər.

Fiziki şəxslər üçün qeyd: elektron poçt siyahısından silinmə: hər bir fiziki (və ya digər səlahiyyətlərə malik) şəxs “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsi, Festivalı və Sərgisində istifadə olunan bütün siyahılardaniştirakçının adı və ünvanınınsilinməsi mümkündür.

Bunun üçün həmin şəxs “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsi, Festivalı və Sərgisinin contact@childrenseyesonearth.org ünvanınaöz ad və ünvanınızın silinməsi ilə bağlı istəyinizi yazıbmüraciət edə bilərsiniz.

Bu bildiriş sistemi “Yer Kürəsi Uşaqların Gözü ilə 2012” Beynəlxalq Foto Müsabiqəsi, Festivalı və Sərgisinin iştirakçılarının elektron poçt ünvanı vasitəsi ilə paylaşma sistemini bu cür şəxslərə qadağan etmək üçün də istifadə edilə bilər.

Webistan Foto Agentliyi tərəfindən irəli sürdü, Hakso küç. 122, Paris 75019, Fransa.